DÜNYA


Florida sakini dörd demokratı öldürməklə hədələdiyinə görə həbs edilib

Vaşinqton, 20 aprel, AZƏRTAC

Aprelin 19-da Con Kless adlı Florida sakini Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları tərəfindən həbs edilib. O, dörd qanunverici demokratı ölümlə hədələmək barədə səsli məlumat qoymasında ittiham edilir.

AZƏRTAC xəbər verir ki, FTB-nin məlumatına görə, 49 yaşlı Kless aprelin 16-da üç demokratın – Erik Svaelvell, Rəşidə Tlaib və Kori Bukerin Vaşinqtondakı ofislərinə zəng vuraraq, onları öldürəcəyi barədə hədələyən səsli məlumat çatdırıb. Kless özünün bütün səsli məlumatlarında qanunvericilərin ünvanına nalayiq sözlər işlədib, müsəlman konqresmen qadın İlhan Öməri dəfələrlə “Taliban” hərəkatının üzvü adlandıraraq ona nifrətini bildirib. Kless deyib ki, onu “Empire State Building”dən (Nyu-Yorkda yerləşən göydələn) aşağı atmaq istərdi. Kless, həmçinin silahlara nəzarət məsələsində Svaelvellin mövqeyini tənqid edib, konqresmenin silah təhlükəsizliyi barədə qanun qəbul edəcəyi təqdirdə kiminsə onu öldürəcəyi ilə hədələyib. Üç məlumatın ikisində Kless Trampı müdafiə edib və qanunvericilərə prezidenti tənqid etməyi dayandırmalarını əmr edib.

İstintaqın gedişində məlum olub ki, Kless daha əvvəl palatanın spikeri Nensi Pelosinin ofisinə də “təhqiredici və hədələyici” məlumatlar qoyub. Kless Konqresin onun silahını əlindən almaq istəməsinə, abortlara, qeyri-leqal miqrasiyaya və Konqresdə müsəlmanların olmasına görə Pelosini ittiham edib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.