DÜNYA


Florida sakini lotereyada 451 milyon dollar udub

Bakı, 13 yanvar, AZƏRTAC

“Associated Press” agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Florida ştatının sakini “Mega Millions” lotereyasında 451 milyon dollar məbləğində cek-pota sahib olub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, lotereyanın qalibi Port-Riçi şəhərindən olan 20 yaşlı Şeyn Misslerdir. O, uduşunu bütünlüklə dərhal götürmək istəyib. “Mega Millions”un qaydalarına görə, hazırda ona məbləğin ancaq bir hissəsi - 282,8 milyon dollar düşür. Cek-potun tam məbləği isə ancaq 30 il ərzində hissə-hissə ödənilir.

Uduşlu bilet Port-Riçidə “7-Eleven” mağazalar şəbəkəsindən alınıb. Şeyn Missler işdən çıxmaq və Port-Riçidən köçmək fikrindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.