DÜNYA


Florida ştatında binanın uçması nəticəsində ölənlərin sayı 97-yə çatıb

Bakı, 15 iyul, AZƏRTAC

ABŞ-ın Florida ştatının Serfsayd şəhərində 12 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.

AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, yerli hakimiyyət orqanları dağıntılar altından daha iki cəsədin çıxarılması barədə məlumatı təsdiqləyib. Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava 90 cəsədin şəxsiyyətinin müəyyən olunduğunu bildirib.

Qeyd edək ki, iyunun 24-nə keçən gecə Florida ştatının Mayami-Deyd dairəsində yerləşən Serfsayd şəhərində çoxmərtəbəli yaşayış binası uçub. Hakimiyyət orqanları binada olan 130 mənzilin yarısının dağıldığını bildirib. İtkin düşənlərin arasında azı doqquz dövlətin - ABŞ, İsrail, Rusiya və Latın Amerikasının 6 ölkəsinin vətəndaşları var.

Xilasedicilər sağ qalma şansı olmadığı üçün iyulun 8-də axtarış-xilasetmə əməliyyatını dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.