DÜNYA


Floridada bina faciəsi nəticəsində ölənlərin sayı 79-a yüksəlib

Bakı, 10 iyul, AZƏRTAC

ABŞ-ın Florida ştatında çoxmərtəbəli binanın çökməsi nəticəsində həlak olanların sayı 79 nəfərə çatıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, daha 61 nəfər itkin düşmüş sayılır. Binanın dağıntıları altında qaldığı ehtimal olunan insanların yaşamaq şansı tükəndiyi üçün axtarış-xilasetmə əməliyyatı bir neçə gün əvvəl dayandırılıb.

Xatırladaq ki, iyunun 24-nə keçən gecə Florida ştatının Mayami-Deyd dairəsində yerləşən Serfsayd şəhərində 12 mərtəbəli yaşayış binasının bir hissəsi çöküb. Binadakı 130 mənzilin yarısı dağılıb.

ABC Color telekanalının yaydığı məlumata görə, binanın dağıntıları təmizlənərkən Paraqvayın birinci xanımı Silvana Lopes Moreyranın bacısı Sofiyanın, onun ərinin və oğlunun cəsədləri aşkarlanıb. Onlarla yanaşı, mənzildə Sofiyanın iki qızı da olub. Qızların axtarışı davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.