DÜNYA


Floridada məktəbli qız intihar edib

Vaşinqton, 15 mart, AZƏRTAC

ABŞ-ın Florida ştatında müəllimdən icazə alaraq sinifdən çıxan məktəbli qız intihar edib.

Seminol dairəsinin şerifi Dennis Lemma mətbuat konfransında bildirib ki, “Lake Marу High School” orta məktəbinin 17 yaşlı şagirdi səhər saat təqribən 7:45-də tapançadan atəş açaraq intihar edib.

AZƏRTAC xəbər verir ki, hadisə məktəbin iclas zalında baş verib. Həmin vaxt qızın yanında heç kim olmayıb. Məktəb mühafizəsinin iki nümayəndəsi və tibb bacısı onu huşa gətirməyə çalışıblar, lakin buna nail olmayıblar.

Məktəb qısa müddətə polis tərəfindən əhatəyə alınıb. Valideynlər avtomatik səsli telefon məlumatının köməyi ilə hadisə barədə məlumatlandırılıblar. Hələlik polisin məktəblinin silahı necə ələ keçirməsi və hansı yolla məktəbə gətirməsi barədə məlumatı yoxdur.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşqinton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.