DÜNYA


“FlyDubai” aviaşirkəti “Boeing 737 MAX” təyyarələrinin uçuşunu müvəqqəti dayandırıb

Dubay, 13 mart, AZƏRTAC

Dubayın “FlyDubai” aviaşirkəti “Boeing 737 MAX”ın 8 və 9 seriyalı təyyarələrinin uçuşunu müvəqqəti dayandırıb.

AZƏRTAC aviaşirkətin məlumatina istinadla xəbər verir ki, bu tipli təyyarələrin uçuşları Birləşmiş Ərəb Əmirliklərinin Mülki Aviasiya Baş idarəsinin (GCAA) qərarı ilə dayandırılıb.

Məlumatda qeyd olunur ki, reyslərin gecikdirilməməsi məqsədilə, aviaşirkət “Next-Generation Boeing 737-800” tipli təyyarə ilə uçuşları həyata keçirəcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.