ELM VƏ TƏHSİL


“Fog computing” texnologiyalarının perspektivləri araşdırılıb

Bakı, 13 may, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Fog computing” texnologiyalarının müasir vəziyyəti və perspektivləri araşdırılıb.

Bu barədə növbəti elmi seminarda məlumat verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov əşyaların internetinin (İoT) və mobil internet texnologiyalarının inkişafının müxtəlif obyektləri istənilən zaman və məkanda informasiya mühiti ilə əlaqələndirməsindən danışıb. Qeyd edib ki, şəbəkənin aşağı keçiricilik qabiliyyəti kimi problemləri təkcə “cloud computing” vasitəsilə həll etmək mümkün deyil.

Məruzədə müvafiq problemin həllində “fog computing” (“hesablama dumanı”) adlanan yeni hesablama paradiqması təklif edilib.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.