MƏDƏNİYYƏT


Fokara festivalında Azərbaycan muğamının bənzərsiz nümunələri səsləndirilib

Fokara, 21 yanvar, AZƏRTAC

İtaliyanın Fokara şəhərində keçirilmiş musiqi festivalında Azərbaycanı muğam triosu təmsil edib.

Dünyanın müxtəlif mədəniyyətlərinə məxsus musiqiləri kəşf etmək və dünya incəsənətinə səyahət etmək məqsədi daşıyan bu festivalda bir çox ölkələrin tanınmış musiqiçiləri iştirak ediblər.

Azərbaycanın Mədəniyyət Nazirliyinin və ölkəmizin İtaliyadakı səfirliyinin təşəbbüsü ilə festivalda iştirak edən Təyyar Bayramov (xanəndə), Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) tamaşaçılara muğamlarımızın bənzərsiz nümunələrini təqdim ediblər. İtaliyalı musiqisevərlər Azərbaycan muğamının incilərini böyük maraqla dinləyiblər.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri,

Fokara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.