ELM VƏ TƏHSİL
Folklor İnstitutu Türkiyənin Uşaq və Gənclik Ədəbiyyatı Yazıçılar Birliyi ilə elmi əməkdaşlığa başlayır
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Türkiyənin Uşaq və Gənclik Ədəbiyyatı Yazıçılar Birliyinin müdiri Bican Veysəl Yıldızla görüşüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Uşaq və Gənclik Ədəbiyyatı Yazıçılar Birliyi illərdir uşaqların təlimi, tərbiyəsi, uşaq folkloru və ədəbiyyatı ilə bağlı beynəlxalq tədbirlər həyata keçirir. Bunların arasında beynəlxalq simpoziumlar xüsusi yer tutur.
Görüşdə hər il İstanbulda keçirilən beynəlxalq simpoziumun növbəti ildə Bakıda təşkili, uşaq folklorunun, ədəbiyyatının təbliği məsələləri müzakirə olunub. Folklor İnstitutu ilə Uşaq və Gənclik Ədəbiyyatı Yazıçılar Birliyi arasında elmi əməkdaşlığın əsası qoyulub. Hər iki tərəf ümumtürk miqyasında uşaq ədəbiyyatının toplanıb tanıdılması istiqamətində birgə fəaliyyətin önəmini vurğulayıb.