ELM VƏ TƏHSİL


Folklor İnstitutunun direktoru universitetdə tələbələrə ustad dərsi keçib

Bakı, 30 oktyabr, AZƏRTAC 

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Bakı Dövlət Universitetinin filologiya fakültəsinin müəllim və tələbə heyətinə “Azərbaycan lətifələri” mövzusunda ustad dərsi keçib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Muxtar İmanovun xalq gülüş mədəniyyəti, folklorda ciddilik və komizm, Azərbaycan lətifələrinin poetikası kimi məsələlər barədə nəzəri fikirləri böyük maraqla qarşılanıb, geniş diskussiyaya səbəb olub.

Qeyd edək ki, bu cür dərslər tələbələrin təhsil aldığı sahə üzrə gələcəkdə peşəkar kadr kimi yetişməsində mühüm rol oynayır, həmçinin AMEA ilə ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.