ELM VƏ TƏHSİL
Folklor İnstitutunun doktorantura və dissertanturasına qəbulun nəticələri müzakirə edilib
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də AMEA-nın Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, iclasda müəssisənin 2022-2023-cü tədris ili üçün elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturasına qəbulun nəticələri müzakirə edilib.
Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova 2022-2023-cü tədris ili üçün folklorşünaslıq və Azərbaycan ədəbiyyatı ixtisasından elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədləri qəbul edilmiş şəxslər barədə məlumat verib.
İclasda Əpoş Vəliyevin elmlər doktoru proqramı üzrə Azərbaycan ədəbiyyatı ixtisasından qiyabi doktoranturaya qəbulu məsələsinə baxılıb. Dissertanta təklif olunan mövzu və elmi məsləhətçi təsdiq edilib.
Daha sonra Nizami Adışirinov, Vüsal Səfiyeva və Sevinc Əliyevanın folklorşünaslıq ixtisasından elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulu barədə məsələ müzakirə edilib. Bu barədə müsbət qərar qəbul edən Elmi şura iddiaçının dissertasiya mövzusunu və məsləhətçisini təsdiq edib.