ELM VƏ TƏHSİL


Folklor İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə edib

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadə Türkiyənin Sivas Cümhuriyyət Universitetində “Türk dünyası mədəniyyət elçiləri: Qazi Bürhanəddin” mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak edib.

Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, A.İslamzadə konfransda “Qazi Bürhanəddinin xalq şeirinə və divan ədəbiyyatına təsiri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçinin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.