Folklor İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda Azərbaycan sazının fəlsəfəsindən bəhs edib
AzerTAg.az
Bakı, 1 avqust, AZƏRTAC
Filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu Türkiyənin Kapadokya Universitetində keçirilən “Aşıq sənəti” simpoziumuna onlayn qoşulub.
Bu barədə AZƏRTAC-a Folklor İnstitutundan məlumat verilib.
Tədbirdə E.Qaliboğlunun “Azərbaycan sazının fəlsəfəsi” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, aşıq sənəti türk ulusunun musiqidə özünəməxsusluğunun ifadəsi olub, dünyaya, həyata, təbiətə, insana ardıcıl, bənzərsiz yaradıcı münasibətini göstərir. Azərbaycan aşıq sənətində türk ulusunun musiqi ruhu bütün incəlikləri ilə ifadə olunur. Burada türk xarakterinin iki əsas cəhəti – döyüşkənlik və zəriflik özünü göstərir. Azərbaycan sazı – Azərbaycan türkünün xarakterini, qədimdən gələn, sabaha yol alan möhtəşəm ruhunu ifadə edir.
Məruzədə Azərbaycan aşıq sənətinin mahiyyəti araşdırılıb, məşhur aşıq havacatlarının fəlsəfi ruhu təqdim edilib.

Xəbərin mətnində orfoqrafik səhv var