ELM VƏ TƏHSİL


Folklor İnstitutunun əməkdaşları Bəhlul Bəhcətin əlyazma şəklindəki əsərlərini nəşrə hazırlayıblar

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun klassik folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov, elmi əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəm qızı və Aynur Hüseynova görkəmli folklorçumuz Bəhlul Bəhcətin əlyazma şəklində olan iki əsərini nəşrə hazırlayıblar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan folklorşünaslığı tarixində özünəməxsus yerə sahib, keçən əsrin 30-cu illərinin repressiya qurbanlarından olan Bəhlul Bəhcətin müəllifi olduğu əlyazmalardan biri “Bayatı şairi Sarı Aşığın tərcümeyi-halı” adlanır. İkinci əsər isə Azərbaycan etnik mədəniyyət sisteminin tərkib hissələrindən olan bayatılar toplusudur. Burada bayatılar müxtəlif mövzular üzrə toplanıb, tərtib və təsnif edilib. Bu əlyazmalarda, həmçinin Sarı Aşıqla Yaxşının məhəbbət macəraları da xatırlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.