ELM VƏ TƏHSİL


Folklorşünas alimin əsərlərinin altıncı və yeddinci cildləri nəşr edilib

Bakı, 14 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Kamran Əliyevin 10 cilddən ibarət əsərlərinin altıncı və yeddinci cildləri “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Folklor kitabı” adlı altıncı cildin elmi redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanovadır.

Kitaba müəllifin “Romantizm və folklor” monoqrafiyası, folklorun tarixi, nəzəriyyəsi və poetikası haqqında tədqiqatları daxil edilib. Bir sıra məqalələr folklor və yazılı ədəbiyyatın qarşılıqlı əlaqələrinə, “Koroğlu” eposunun poetikasına, çağdaş folklorşünasların yaradıcılığına həsr olunub.

“Dədə Qorqud” adlanan yeddinci cildin elmi redaktorları və “Ön söz”ün müəllifləri professor Əhməd Bican Ərcilasun və “Kaspi” qəzetinin təsisçisi, filologiya elmləri doktoru Sona Vəliyeva, tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanovadır.

Cilddə müəllifin “Açıq kitab-Dədə Qorqud” monoqrafiyasının Azərbaycan, türk və fars dillərindəki nəşrləri yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.