MƏDƏNİYYƏT


“Foo Fighters” rok qrupu yeni konsertə hazırlaşır

Bakı, 12 iyun, AZƏRTAC

ABŞ-ın “Foo Fighters” rok qrupu tam heyətlə Nyu-Yorkun “Madison Square Garden” parkında növbəti konsertini təqdim etməyə hazırlaşır. Belə ki, artistlər son 15 ayda ilk dəfə yenidən kütlə qarşısında görünəcək.

AZƏRTAC xəbər verir ki, konsertə gələnlər koronavirusa qarşı peyvənd olunduqları sənədi təqdim etməli olacaqlar.

“Foo Fighters” qrupunun verəcəyi konsertə görə həyəcan günü-gündən artır: “Biz bu günü bir ildir gözləyirdik. İnanırıq ki, “Madison Square Garden” parkında tamaşaçı əlindən yer tapılmayacaq. Nyu-York 26 ildir ki, birlikdə “Foo” qışqırdığımız gecəyə hazırlaş...” – deyə qrup tviter səhifəsində yazıb.

Parkın icraçı direktoru James L.Dolan bildirib ki, park rok konsertə hazırdır: “Biz bu anı 15 aydır ki, gözləyirdik və nəhayət peyvənd olunmuş “Foo Fighters” fanatlarını görməkdən məmnun olacağıq”.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.