İQTİSADİYYAT


“Forbes Georgia” nəşrinin bir nömrəsi Şuşa və ümumilikdə Qarabağa həsr olunacaq

Tbilisi, 21 may, AZƏRTAC

Gürcüstanın nüfuzlu “Forbes Georgia” nəşrinin bir nömrəsi Şuşa və ümumilikdə Qarabağa həsr olunacaq. Bununla əlaqədar “Caspian Energy Club” ilə “Forbes Georgia” nəşri arasında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə “Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Gələcək planlar barədə danışan Telman Əliyev deyib ki, həmin jurnalın Qarabağa həsr olunmuş nömrəsinin təqdimatının da Şuşada keçirilməsi nəzərdə tutulub. Bundan başqa, gələcəkdə Şuşa şəhərində Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun keçirilməsi planlaşdırılır. Bununla bağlı təşəbbüs irəli sürülüb.

Onun sözlərinə görə, bununla bağlı müvafiq qərarı dövlət başçısı qəbul etməlidir.

“Bu gün Azərbaycan, Türkiyə və Gürcüstan regionda birgə layihələr həyata keçirirlər. Bu layihələr təkcə bizim ölkələrin deyil, Avropanın da inkişafı üçün mühüm rol oynayır. Ona görə də hesab edirik ki, üç ölkənin iştirakı ilə Şuşada biznes forumun keçirilməsi simvolik məna daşıyacaq”, – deyə T.Əliyev vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.