DÜNYA
“Forbes” Rusiyanın ən varlı 200 biznesmeninin reytinqini tərtib edib
Bakı, 18 aprel, AZƏRTAC
“Forbes” nəşri Rusiyanın ən varlı 200 biznesmeninin reytinq siyahısını tərtib edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, reytinqdə ilk yeri “Novatek” qaz şirkətinin rəhbəri və “Sibur” neft-kimya kompaniyasının səhmdarı Leonid Mixelson tutub. Onun varidatı 24 milyard dollar həcmində qiymətləndirilir.
Siyahıda ikinci yerdə NLMK poladəritmə kompaniyasının direktorlar şurasının sədri Vladimir Lisin (21,3 milyard dollar), üçüncü yerdə isə “Lukoyl” neft kompaniyasının prezidenti Vahid Ələkbərov (20,7 milyard dollar) qərarlaşıb.
Reytinqdə dördüncü və beşinci yerlərin sahibləri isə müvafiq olaraq “Severstal” poladəritmə şirkətinin əsas sahibi Aleksey Mordaşov (20,5 milyard dollar) və “Novatek” kompaniyası direktorlar şurasının üzvü Gennadi Timçenkodur (20,1 milyard dollar).
“Forbes” nəşrinin məlumatına əsasən, Rusiyanın ən varlı 200 biznesmeninin ümumi varidatı 496 milyard dollar təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]