DÜNYA


“Forbes”in versiyasına görə Corc Lukas ABŞ-ın ən varlı məşhur insanıdır

Bakı, 19 dekabr, AZƏRTAC

Rejissor və “Ulduz müharibələri” kinosaqasının yaradıcısı Corc Lukas “Forbes” jurnalının versiyasına görə 2018-ci ildə ən varlı məşhur amerikalı olub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Forbes” 74 yaşlı rejissorun varidatını 5,4 milyard dollar həcmində qiymətləndirib. Nəşrin saytında dərc edilən siyahıda ikinci yeri var-dövləti 3,7 milyard dollara çatan rejissor Stiven Spilberq tutub, üçüncü yerdə isə teleaparıcı Opra Uinfri (2,8 milyard dollar) qərarlaşıb. Reytinqin ilk onluğuna, həmçinin sabiq basketbolçu Maykl Cordan (1,7 milyard dollar), fotomodel və “Kylie Cosmetics” kosmetika kompaniyasının banisi Kayli Cenner və reper Cey-Zi (hər biri 900 milyon dollar), illüzionist Devid Kopperfild (875 milyon dollar), reper Diddi (825 milyon dollar), qolf ustası Tayger Vuds və yazıçı Ceyms Patterson (hər biri 800 milyon dollar) daxildir.

2018-ci il reytinqinin ilk 10 pilləsində yer alan məşhurların ümumi varidatı 18,7 milyard dollar təşkil edir ki, bu da öncəki illə müqayisədə 4 faiz çoxdur.

Jurnal qeyd edir ki, ən varlı amerikalı məşhurlar siyahısına öz varidatı ilə məşhurlaşan deyil, ad-sanına görə varlanan ABŞ vətəndaşları düşə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.