İDMAN
“Force India” Pereslə 2019-cu il mövsümü üçün müqaviləni təsdiqləyib
Bakı, 19 oktyabr, AZƏRTAC
Formula 1-in “Force India” komandası rəsmi olaraq təsdiq edib ki, 2019-cu ildə meksikalı yürüşçü Serxio Peres komandanın tərkibində çıxışlarını davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, Peres “Force India”ya 2014-cü il mövsümündən əvvəl keçmişdi. Beləliklə, o, özünün altıncı yarışma ilini artıq Britaniya komandasının tərkibində keçirəcək.
“Force India”nın rəhbəri və icraçı direktoru Otmar Zafnauer deyib: “Mən şadam ki, Serxio 2019-cu ildə də öz yolunu bizimlə davam etdirəcək. Son 5 ildə Serxio Formula 1-in start meydançasında ən istedadlı və stabil yürüşçülərdən biri kimi öz statusunu təsdiq edib. Peres bizə irəli hərəkət etməyimizdə çox mühüm stabillik verir, komanda üçün dəyərli oyunçudur. Komandamızın həyatında yeni mərhələyə başladığımız anda biz şadıq ki, Serxio bundan sonra da “Force India” uğrunda mübarizə aparacaq”.
Maraqlıdır ki, “Force India”nın yeni sahibinin oğlu Lens Strollun Peresin komanda yoldaşı olacağı elan edilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]