İDMAN


“Force India” Strolla kontrakt imzalayıb

Bakı, 3 dekabr, AZƏRTAC

Formula 1 üzrə “Force India” komandası Lens Strolla kontrakt imzaladığı barədə rəsmi bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, “Willams”ın keçmiş pilotu növbəti mövsümdə bu komandada fransız Esteban Okonu əvəz edəcək. Onun yeni tərəfdaşı isə Serxio Peres olacaq.

“Force India” komandasının mətbuat xidməti Strollun aşağıdakı sözlərini sitat gətirib: “Bu, mənim Formula 1 pilotu karyeramın ən həyəcanlı dövrünün başlanğıcıdır. Uğurlu və gözəl mədəni atmosferi olan komanda ilə işə başlamağı səbirsizliklə gözləyirəm. Kontraktın imzalanması mənim üçün yeni imkanlar açır və yaranan bu şəraitə görə özümü çox xoşbəxt hesab edirəm”.

Qeyd edək ki, Stroll artıq yeni komandanın tərkibində çıxış etməyə macal tapıb: pilot komanda yoldaşları ilə birlikdə mövsümün sonunda Yas-Marina avtodromunda “Pirelli” şinlərini sınaqdan çıxarıb.

Xatırladaq ki, “Force India”nın bütün səhmləri pilotun atası Lourens Stroll və şəriklərinə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.