İDMAN


“Force India” bolidlərin çəhrayı rəngini dəyişməyəcək

Bakı, 4 dekabr, AZƏRTAC 

Rəsmi adını dəyişən Formula 1-in “Force India” komandası 2019-cu il mövsümündə bolidlərin çəhrayı rəngini qoruyub saxlayacaq.

AZƏRTAC xəbər verir ki, komandanın rəhbəri Otmar Zafnauer Əbu-Dabi Qran-Prisi günlərində komandanın rəmzi rəngini dəyişməyəcəyinə “99 faiz əmin olduğunu” bəyan edib.

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) bu yaxınlarda dərc edilmiş 2019-cu il mövsümü üçün rəsmi müraciət vərəqəsində təsdiq olunub ki, “Force India” gələn çempionatdan etibarən “Racing Point Formula 1” adlandırılacaq.

Adının dəyişməsinə baxmayaraq, “Force India” öz avtomobillərinin çəhrayı rəngini qoruyub saxlamaq niyyətindədir. Komandanın 2017-ci ildə Avstriyanın suyun təmizlənməsi və hazırlanması sistemləri ilə məşğul olan “BWT” şirkəti ilə imzaladığı iri sponsor razılaşmasından sonra bolidlər bu rənglə boyanıb.

Xatırladaq ki, 2019-cu ildə “Force India”nın pilotları Serxio Peres və Lens Stroll olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.