DÜNYA


“Ford” 548 minə yaxın avtomobili geri çağırır

Pekin, 11 noyabr, AZƏRTAC

ABŞ-ın qabaqcıl avtomobil istehsalçısı “Ford” Çindəki müştərək müəssisəsində istehsal olunan 548 minə yaxın avtomobili təhlükəsizlik yastıqlarındakı nasazlıqlara görə geri çağırmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Proses zamanı 2013-2016-cı illərdə istehsal olunmuş 344 min 872 “Mondeo” modeli, 2014-2017-ci illərdə buraxılmış 203 min 4 "Edge" avtomobili geri çağırılacaq.

Bildirilir ki, həmin avtomobillərdəki hava yastıqlarının quruducu tərkibə malik olmayan nasosları sıradan çıxaraq və salona insan orqanizmi üçün zərərli qazlar buraxa bilər. Bu da öz növbəsində sürücü və sərnişinlərin həyatı üçün təhlükə yarada bilər.

“Ford”un Çindəki müştərək müəssisəsi olan “Changan Ford Automobile” nasaz hava yastıqlarını öz hesabına dəyişəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.