DÜNYA


“Ford” şirkəti 108 mindən çox avtomobilini geri çağırıb

Vaşinqton, 15 avqust, AZƏRTAC 

ABŞ-ın avtomobil istehsalçısı “Ford” 108 mindən çox orta qabaritli avtomobilini geri çağırıb. AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, şirkət bəzi maşınlarındakı texniki problemi həll etmək üçün bu addımı atıb, çünki yaranmış problem qəza zamanı təhlükəsizlik kəmərlərinin insanları saxlamasına mane ola bilər. “Ford Fusion” və “Lincoln MKZ” modellərinin 2015-ci ildə buraxılmış bəzi variasiyaları bu qəbil avtomobillərdəndir.

Şirkətdən bildiriblər ki, qabaq oturacaqlarda təhlükəsizlik kəmərlərinin kabelləri qızma nəticəsində öz möhkəmliyini itirməsi və qəza zamanı sərnişinləri lazımi şəkildə saxlamağı bacarmaya bilər.

Şirkətin nümayəndələri bildiriblər ki, administrasiya bu problem nəticəsində bir sürücünün zədə alması barədə məlumatlandırılıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.