SİYASƏT


“ForeignPolicyNews” : Cənubi Qafqaz üçün sülh və əməkdaşlıq

Bakı, 20 yanvar, AZƏRTAC

“ForeignPolicyNews” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Cənubi Qafqaz üçün sülh və əməkdaşlıq” sərlövhəli məqaləsi dərc edilib.

BMTM-dən AZƏRTAC-a bildiriblər ki, məqalədə İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlara diqqət çəkilir.

Yazıda 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın maneəsiz yerinə yetirilməsi, bu sənədin şərtlərinə əsasən, Azərbaycanın Laçın, Kəlbəcər və Ağdam rayonlarının hərbi əməliyyatlarsız azad edilməsi, bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsi, Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyət göstərəcəkləri Birgə Monitorinq Mərkəzinin yaradılması kimi məsələlərə toxunulub.

Bildirilib ki, bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə keçmiş silahlı dəstələrin törətdikləri silahlı təxribatlara qarşı Azərbaycan müvafiq tədbirlər görməyə məcbur olub və aparılan əməliyyatlar nəticəsində belə dəstələr zərərsizləşdirilib.

Yanvarın 11-də keçirilmiş Moskva görüşünün yekunları təhlil edilib, bu görüş nəticəsində imzalanmış üçtərəfli bəyanatın Cənubi Qafqazda yeni eranın başlanması üçün əsaslı zəmin yarada biləcəyi vurğulanıb. Belə ki, regionda uzun zaman qapalı qalmış iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını şərtləndirən yeni üçtərəfli bəyanat Cənubi Qafqazda indiyədək mümkün görünməyən sülh və əməkdaşlıq mühitinin reallaşdırılmasına doğru atılmış əhəmiyyətli bir addımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.