QAN YADDAŞI


“Foreign Policy News”: Kayseride Xocalı qurbanlarının xatirəsinə abidə ucaldılıb

Vaşinqton, 22 oktyabr, AZƏRTAC

Amerikanın “Foreign Policy News” xəbər portalında Türkiyənin Kayseri şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş parkın və abidənin açılış mərasimindən bəhs edən xəbər yerləşdirilib. Materialda qeyd olunur ki, açılış mərasimində Türkiyə və Azərbaycanın yüksəkvəzifəli rəsmi şəxsləri, həmçinin Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev iştirak edib.

Geniş auditoriya qarşısında çıxış edən rusiyalı deputat bildirib ki, Xocalıda törədilmiş hərbi cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Müəllif AZƏRTAC-ın xəbərinə istinadən yazır ki, D.Savelyev deyib: “Bu faciəyə ədalətli qiymət verilməsi və onun günahkarlarının cəzalandırılması üçün biz hamımız Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq”.

Materialda daha sonra qeyd olunur ki, Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə - Yerevanın Bakıya qarşı ərazi iddiaları irəli sürməsi və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin qeyd-şərtsiz olaraq Ermənistana verilməsi tələbi ilə başlayıb. Altıillik müharibə nəticəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini təşkil edən Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. “1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin Ermənistan bu günədək onlara əməl etməyib”, - deyə xəbərin sonunda bildirilir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.