İDMAN


Formula 1 2020-ci il mövsümündə azı 15 yarış təşkil edəcək

Bakı, 3 iyun, AZƏRTAC

Formula 1 üzrə dünya çempionatı çərçivəsində 2020-ci il mövsümündə ən azı 15 yarış təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Formula 1-in mətbuat xidməti rəsmi açıqlamasında məlumat verib. Məlumatda bildirilir ki, koronavirus pandemiyasına görə, beynəlxalq səviyyədə davam edən qeyri-müəyyənlik səbəbindən Formula 1 daha geniş təqvimin detallarını dəqiqləşdirərək yaxın həftələrdə yayımlayacağını düşünür. Formula 1 rəhbərliyi bu ilin dekabrına, mövsümün sonunadək 15-18 yarış keçirə biləcəyinə ümid edir.

Qeyd edilib ki, hazırda start yarışları tamaşaçısız keçirilməsi planlaşdırılsa da, vəziyyət təhlükəsiz olarsa, azarkeşlər yenidən tribunaya qayıda biləcəklər.

Xatırladaq ki, bundan əvvəl Formula 1 rəhbərliyi 2020-ci il mövsümünün ilk səkkiz mərhələsinin cədvəlini təqdim etmişdi. Onların hamısı Avropada keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.