İDMAN


Formula 1 2030-cu ildə karbon qazı emissiyasını sıfıra endirməyi planlaşdırır

Bakı, 12 noyabr, AZƏRTAC 

Formula 1-də motorların daxili yanmasının karbon qazı emissiyasını azaltmağı düşünürlər. 2030-cu ildə bu qazların tullantısı səviyyəsini sıfıra endirmək nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, 2014-cü ildən Formula 1 maşınlarında hibrid altısilindrli turbo mühərriklərinin istifadəsinə başlanılıb. Onlar səkkizsilindrli atmosfer motorlarını əvəz edib. Çempionatın mətbuat xidməti Formula 1-in icraçı direktoru Çeyz Kerinin bununla bağlı fikirlərini yayıb: “Bir çoxları bilmir ki, Formula 1-də istifadə olunan hibrid mühərriklər dünyada ən effektli motorlardır. Onlar yanacaq səmərəliliyi baxımından ən yaxşı qurğulardır. Artıq karbon qazı emissiyasını endirməyə nail olmuşuq.

İnanırıq ki, Formula 1 neytral karbon qazlı daxili yanacaq mühərriki yaratmaq iqtidarındadır. Biz 2030-cu ildə yarışları neytral karbon qazı ilə keçirmək üçün tədbirlər görəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.