İDMAN


Formula 1 Almaniya Qran-Prisinin taleyi “Mercedes”dən asılıdır

Bakı, 16 may, AZƏRTAC 

Formula 1 Almaniya Qran-Prisinin bundan sonrakı taleyi titullu sponsor məsələsinin həllindən asılıdır: əgər “Mercedes” komandası qüvvədə olan müqavilənin müddətini uzatmaqdan imtina etsə, o zaman maliyyə yükünü üzərinə götürəcək başqa şirkət axtarmaq lazım gələcək.

AZƏRTAC xəbər verir ki, bu il alman mərhələsinin titullu sponsoru ştutqartlı avtonəhəng qalacaq, lakin böyük ehtimalla bu vəziyyət 2020-ci ildə dəyişə bilər.

Hokkenhaym avtodromunun marketinq direktoru Yorn Teske “RaceFans”a müsahibəsində deyib: “2020-ci il üçün opsion nəzərdə tutulub, lakin onun necə sərf edilməsi bizim səlahiyyətimizdə deyil. Hazırda həmin opsionun sərf edilib-edilməyəcəyini bilmirik. “Liberty” üçün ən mühüm məqam “Mercedes”in sponsorluq sazişinin müddətini artırıb-artırmamaq qərarı ilə bağlı ola bilər”.

Teskenin sözlərinə görə, avtodromun “FOM”la olan müqaviləsində titullu sponsorluq barədə məcburi şərt yoxdur. Lakin layihə yalnız əlavə maliyyə dəstəyi olduğu zaman iqtisadi baxımdan məqsədəuyğun sayıla bilər.

Əgər “Mercedes”də sponsorluq sazişinin müddətini uzatmaqdan imtina etsələr, o zaman alternativ axtarmaq lazım gələcək. Yürüşün çempionatın təqvimində daha bir il qalıb-qalmayacağı “Liberty Media”da Almaniyada titullu sponsorluqda maraqlı olan yeni tərəfdaşla razılığa gəlməsindən asılıdır.

Almaniya Qran-Prisi gələn mövsümün təqvimində hələ yer almayan İspaniya, Britaniya, İtaliya və Meksika ilə yanaşı beş mərhələdən biridir. Çünki promouterlərin “FOM” ilə hazırda qüvvədə olan razılaşmasının müddəti bu il bitir. Bununla yanaşı, 2020-ci ildə yürüşün Vyetnamda debüt edəcəyi, həmçinin 35 illik fasilədən sonra Niderland Qran-Prisinin Formula 1-ə qayıdacağı artıq təsdiqlənib.

Hokkenhaymda başa düşürlər ki, bu səbəbdən ənənəvi yürüşlərdən biri təqvimdən çıxarıla bilər.

Y.Teske deyib: “Müxtəlif şayiələr dolaşmaqdadır. Ehtimal ki, beş trasdan ikisi saziş bağlamağa yaxındır və ya artıq bu sazişi imzalayıblar. Bunlar Silverstoun və Monsa trasları olmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.