İDMAN


Formula 1: Assendə Zandfortdan olan rəqibləri təbrik ediblər

Bakı, 15 may, AZƏRTAC

Formula 1 Niderland Qran-Prisinə ev sahibliyi etmək hüququ uğrunda biri Assendə, digəri Zandfortda yerləşən iki trasın sahibləri mübarizə aparırdı. Lakin “Liberty Media”da ikinci variantı seçiblər.

AZƏRTAC xəbər verir ki, Assendə buna görə təəssüfləndiklərini gizlətməsələr də həmkarlarını təbrik ediblər.

Assendə yürüşün promouteri Yos Vassen qeyd edib ki, yürüşün Assendə deyil, Zandfortda keçirilməsi barədə qərar emosional seçimin nəticəsi olub.

O deyib: “Mən həmkarlarımı və Niderlandı təbrik edirəm ki, bizdə milli qran-pri keçiriləcək. Aydın məsələdir ki, Formula 1 rəhbərləri daha ənənəvi variantı seçiblər. Düzdür, bu mərhələ xeyli investisiya tələb edəcək, hərçənd, əgər onlar Asseni seçsəydilər, bu qədər xərcə ehtiyac olmazdı.

Görək gələn il may ayında Zandfortda Qran-Pri necə keçəcək, logistika məsələləri necə həll ediləcək. Çoxsaylı azarkeşlərin avtodroma çatdırılması məsələləri açıq qalır. Mən sonuncu dəfə oraya helikopterlə getmişdim”.

Assendə Zandfort avtodromunun rəhbərliyinə müraciətlə onlar üçün 1000 yerlik tribuna və 20 avtobus üçün parklama yeri ayrılması təklif edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.