İDMAN
“Formula-1” Avropa Qran prisi yarışlarının rəsmi səfirinin uğurları
Bakı, 9 iyun, AZƏRTAC
İspan avtoyürüşçüsü, 2005 və 2006-cı illərdə “Formula-1”in ikiqat dünya çempionu və üçqat vitse-çempionu (2010, 2012, 2013), 2014-cü ilin dekabrından “McLaren” komandasının yürüşçüsü olan Fernando Alonso 1981-ci il iyulun 29-da Ovyedoda (İspaniya) anadan olub. 2006-cı ildə Fernando İsveçrəyə köçüb və Cenevrə gölü yaxınlığında yaşamağa başlayıb.
AZƏRTAC xəbər verir ki, 2010-cu ildə “Ferrari” ilə müqavilə imzaladıqdan sonra F.Alonso Maranellodakı komanda bazasına yaxın olmaq üçün Luqanoya köçüb. Lakin 2010-2011-ci illərin qışında vətəninə qayıdaraq Ovyedoda yaşamağa başlayıb.
Fernandonun yürüşçülük karyerası yeniyetmələr arasında İspaniya çempionatında iştirakla başlayıb. 1993-cü ildən 1996-cı ilə kimi dörd dəfə çempion titulu qazanıb. Növbəti il Alonso milli İnter-A seriyasının qalibi olub və beynəlxalq seriyada vitse-çempionluğa yüksəlib.
1998-ci ildə F.Alonso “Formula-1”in dünya seriyasında iştirak etmək üçün “Nissan” komandasına dəvət olunub və artıq ikinci yürüşdə çempion tutulu əldə edib. Bundan sonra ispaniyalı “Formula-1” menecerlərinin diqqətini cəlb edib və 2000-ci ildə “Minardi” üçün testdən uğurla keçib. Elə o vaxt “Formula-3000” çempionatda iştirak etmək üçün “Minardi”nin törəməsi olan “Astromega” komandasında debüt edib və mövsümün son yarışının qalibi olub.
2001-ci ildə Fernando Alonso “Minardi” “Formula-1”-in test-pilotları cərgəsinə keçirilib. O zaman onun heç iyirmi yaşı yox idi.
F.Alonsonun uğurlarını müşahidə edən “Renault F1” zavod komandasının direktoru Flavio Briatore onu öz sıralarına götürüb, lakin nəticədə üçüncü sürücü edib.
İkiqat dünya çempionu Fernando Alonso “Formula-1” Avropa Qran-prisinin Azərbaycanda rəsmi səfiri elan edilib. Səfir qismində “McLaren” pilotu martın 8-9-da Bakıya səfər edib və Bakı trasını canlı görən ilk “Formula-1” pilotu olub.