İDMAN


Formula 1 Avstraliya Qran-Prisi koronavirus pandemiyasına görə təxirə salınıb

Bakı, 13 mart, AZƏRTAC

Formula 1 Avstraliya Qran-Prisi koronavirus pandemiyasına görə təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb “Maklaren” komandasının əməkdaşında virusa yoluxma halının qeydə alınması olub.

Təşkilatçılar yürüşün nə zaman keçiriləcəyi barədə məlumat verməyiblər.

Mövsümün ilk yarışı olan Avstraliya Qran-Prisinin martın 13-15-də Melburnda keçirilməsi planlaşdırılırdı.

Qeyd edək ki, bir müddət əvvəl Formula 1 Çin Qran-Prisi təxirə salınıb. Bəhreyndəki yürüşlər azarkeşsiz keçiriləcək. Vyetnam Qran-Prisinin isə təşkili sual altındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.