İDMAN


Formula 1 Avstraliya Qran-Prisi koronavirus təhdidinə baxmayaraq təşkil ediləcək

Bakı, 2 mart, AZƏRTAC

Formula 1 üzrə dünya çempionatının yeni mövsümünün birinci yürüşü təşkilatçıların planlaşdırdığı kimi Avstraliyada keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yeni koronavirus epidemiyası ilə əlaqədar Qran-Prinin keçirilməsi üçün müəyyən çətinliklər yaranıb. Bir çox ölkələr İtaliya ilə əlaqələri məhdudlaşdırırlar. Bu da “MotoGP”nin ilk iki mərhələsinin ləğvinə və ya təxirə salınmasına gətirib çıxarıb.

Bununla yanaşı, hazırda Avstraliyanın hakimiyyət orqanları Çin və İran sakinlərinə qarşı gördükləri tədbirləri İtaliyadan gələnlərə tətbiq etmirlər. Şərtə görə, Çindən və İrandan gələnlər bu qitəyə daxil olmaq üçün digər üçüncü ölkədə 14 gün saxlanmalıdırlar.

İtaliya Çin və Cənubi Koreyadan sonra əhəmiyyətinə görə xəstəliyin üçüncü yayılma ocağı hesab edilir. Son sutka ərzində İtaliyada bu xəstəliyə yoluxanların sayı 50 faiz artaraq 1694-ə çatıb.

“Avstraliya Qran-Prisində hər kəsin sağlamlığı və təhlükəsizliyi bizim əsas prioritetimizdir. Biz vəziyyəti diqqətlə izləməyə davam edəcək və ekspertlərdən göstərişlər alacağıq. Formula 1 Avstraliya Qran-Prisinin keçiriləcəyini təsdiqləyib. Beləliklə biz yaxın bir-iki həftə ərzində komandaların Melburna gəlişini gözləyirik”, - deyə Avstraliya Qran-Prisinin rəhbəri Endrü Uestakottun bəyanatında bildirilir.

Qeyd edək ki, Avstraliya Qran-Prisi martın 13-15-də təşkil olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.