İDMAN


Formula 1 Avstraliyada meşə yanğınlarından zərərçəkənlərə yardım edəcək

Bakı, 22 fevral, AZƏRTAC 

Formula 1 xeyriyyə hərracı keçirir. Əldə olunan vəsait Avstraliyada meşə yanğınlarından zərər çəkənlərə sərf ediləcək.

AZƏRTAC xəbər verir ki, hərraca çox maraqlı lotlar çıxarılıb. Onların ən unikalı Avstraliya Qran-Prisinin finişində paddoka iki dəfə buraxılmaq da daxil olmaqla, dama-dama bayrağı dalğalandırmaq hüququdur. Bu hüququn başlanğıc qiyməti 12 min funtdur.

Digər lotlar “Haas F1”in rəhbəri Günter Ştaynerlə naharı, komandaların bokslarına ekskursiyaları, Luis Hamilton və Daniel Rikkardonun avtoqraflarının alınmasını, “McLaren” və “Renault” komandalarının bazaları ilə tanış olmağı nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.