İDMAN


Formula 1 Azərbaycan Qran-Prisi: DRS zonaları

Bakı, 25 aprel, AZƏRTAC 

Formula 1 Azərbaycan Qran-Pri yarışları ərəfəsində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidməti Bakı trasında yerləşən DRS zonalarını elan edib. Federasiyada DRS zonalarının sayını artırmayıblar və bu zonalar dəqiqliklə ötənilkini təkrarlayır.

AZƏRTAC xəbər verir ki, birinci DRS zonasından əvvəl bolidlər arasındakı intervalın ölçü nöqtəsi təhlükəsizlik maşınının ikinci xətti ilə üst-üstə düşür. Sistem ikinci döngədən 52 metr sonra istifadə edilə bilər.

İkinci DRS zonasının ölçü nöqtəsi 20-ci döngənin sərt hissəsində yerləşir. Sistemi döngədən 347 metr sonra aktivləşdirmək mümkündür.

Ötən illə müqayisədə trasda əhəmiyyətli dəyişikliklər olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.