İDMAN
Formula 1 Azərbaycan Qran-Prisi Ukrayna KİV-lərinin diqqət mərkəzində
Kiyev, 29 aprel, AZƏRTAC
Ukraynanın nüfuzlu informasiya agentlikləri olan UKRİNFORM və UNİAN, o cümlədən bir sıra portallar Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, UKRİNFORM dövlət informasiya agentliyində “Hamilton Azərbaycan Qran-Prisinin qalibi oldu” sərlövhəli yazıda oxuculara yarış barədə geniş məlumat verilib.
UNİAN informasiya agentliyinin yaydığı xəbərdə də ukraynalı oxucular Formula 1 Azərbaycan Qran-Prisi haqqında ətraflı məlumatlandırılıb. Qeyd olunub ki, Azərbaycan Qran-Prisində bir neçə pilot qəza edib, son anda isə Luis Hamilton qalib olub. Həmçinin yarışda digər yerləri tutan pilotlar haqqında da məlumat verilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev