İDMAN


Formula 1 Azərbaycan Qran-Prisi günləri üçün ilkin hava proqnozu

Bakı, 22 aprel, AZƏRTAC 

Formula 1 Azərbaycan Qran-Prisi günlərində ilkin hava proqnozuna əsasən sərin, lakin günəşli gün olacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, cümə günü Bakıda hava günəşli olacaq, temperatur müsbət 16 dərəcə təşkil edəcək. Şənbə və bazar günü havanın dəyişkən buludlu və müsbət 17-19 dərəcə isti, yağıntısız keçəcəyi gözlənilir.

Ötən il Azərbaycan Qran-Prisinin bütün sessiyaları quru trasda aparılıb.

Xatırladaq ki, Formula 1 yarışlarının növbəti mərhələsi aprelin 26-28-də Bakıda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.