İDMAN


Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı keçirilən müsabiqənin müddəti uzadılıb

Bakı, 19 dekabr, AZƏRTAC

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Formula 1 dünya çempionatının 70 illiyi və “Formula 1 Azərbaycan Qran-Prisinin 5 illiyi münasibətilə keçirilən məqalə müsabiqəsinin müddətini yanvarın 31-dək uzadıb.

AZƏRTAC BŞH-yə istinadla xəbər verir ki, məqsəd artan marağı nəzərə alaraq müsabiqədə daha çox şəxsin iştirakını təmin etməkdir.

Müsabiqəyə qatılmaq istəyənlər hazırladığı məqalələri elektron formada [email protected] e-mail ünvanına “Multimedia müsabiqəsi” başlığı ilə göndərməlidirlər.

Bundan başqa, Əməliyyat Şirkəti rəqabət imkanlarını daha da genişləndirmək məqsədilə müsabiqənin qaydalarına müəyyən dəyişikliklər edib.

Müsabiqəyə yalnız yerli çap və ya onlayn mediada müsabiqə elanından sonra yayımlanmış məqalələr təqdim oluna bilər. Məqalə Formula 1 Azərbaycan Qran-Prisi ilə birbaşa əlaqəli olmalıdır. Yazı

Azərbaycan və ya Rus dilində olmalıdır.

Məqalənin uzunluğu 500-1000 söz aralığında olmalıdır. Yazıda video, foto və ya infoqrafika kimi müxtəlif vizual elementlərə yer verilməsi üstünlükdür.

Yazı orijinal olmalıdır, faktlara əsaslanmalıdır, plagiatlığa qəti şəkildə yol verilmir və istifadə olunmuş məlumatların ilkin mənbəsi göstərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.