İDMAN


Formula 1 Azərbaycan Qran-Prisində ən tez pit-stopu "Red Bull Racing Honda"nın mexanikləri həyata keçirib

Bakı, 7 iyun, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisində ən tez pit-stopu "Red Bull Racing Honda" komandasının mexanikləri həyata keçirib.

AZƏRTAC xəbər verir ki, 12-ci dövrədən sonra mexaniklər 1,98 saniyəyə Maks Ferstappenin bolidinə pit-stopda xidmət göstəriblər. Bu, cari mövsümün ən yaxşı göstəricisidir.

Komandalar ümumilikdə 25 dəfə pit-stopdan istifadə ediblər.

Qeyd edək ki, Bakıda Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb. S.Peres Bakı şəhər halqasında 51 dövrəni hamıdan tez (1:44.703) başa vuraraq podyumda birinci pillənin sahibi olub. İkinci yeri “Aston Martin” komandasının almaniyalı sürücüsü Sebastian Fettel (1:45.138) qərarlaşıb. “AlphaTauri” komandasının fransalı sürücüsü Pyer Qasli (1:45.588) isə yarışı üçüncü sırada tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.