İDMAN
Formula 1 Azərbaycan Qran-Prisinin biletlərinin satışına oktyabrın sonunda start veriləcək
Bakı, 3 oktyabr, AZƏRTAC
Gələn il keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin biletlərinin satışına oktyabrın sonunda start veriləcək.
AZƏRTAC xəbər verir ki, bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai oktyabrın 3-də jurnalistlərə deyib.
N.Arpadarai bildirib ki, gələn il Formula 1-in 70, Azərbaycan Qran-Prisinin 5 illiyidir. Bununla əlaqədar bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Çalışmalıyıq ki, KİV-lərdə yarışın idman yönü ilə yanaşı, iqtisadi, sosial, mədəni və s. tərəfləri də daha aydın və ətraflı təbliğ olunsun.
BŞH təmsilçisi gələn il Azərbaycan Qran-Prisinin iyunun 5-7-də keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]