İDMAN
Formula 1 Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib
Bakı, 22 aprel, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna yüklərin gətirilməsinə başlanılıb.
Aeroportun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yarış bolidləri, onlara xidmət və yarışların təşkili üçün lazım olan avadanlıq reyslərlə Şanxay və Bəhreyndən gətirilib. Yüklərin böyük hissəsi Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınıb. Milli yük aviadaşıyıcısı təkcə Formula 1-in Azərbaycan mərhələsi üçün deyil, həm də müxtəlif qitələrdə digər yarışlar üçün avadanlıqların daşınmasını həyata keçirir.
Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.
Azərbaycan Qran-Prisi 2019-cu il aprelin 26-dan 28-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]