CƏMİYYƏT


Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi günlərdə hava şəraiti necə olacaq?

Bakı, 24 aprel, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi günlərdə Bakıda gözlənilən hava şəraiti haqqında ilkin məlumatı açıqlayıb.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, aprelin 26-da havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu səhər 11-13°, gündüz 15-20°, axşam 14° isti olacaq.

Aprelin 27-də hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun səhər 11-13°, gündüz 17-20°, axşam 15° isti olacağı proqnozlaşdırılır.

Aprelin 28-də yağmursuz hava şəraiti müşahidə ediləcək. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun səhər 12-14°, gündüz 19-23°, axşam 16° isti olacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.