İDMAN


Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunda ən yaxşı göstərici Maks Ferstappenə məxsusdur

Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunda ən yaxşı göstərici Maks Ferstappenə məxsusdur

Bakı, 5 iyun, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunda ən yaxşı göstərici “Red Bull Racing”in pilotu Maks Ferstappenə məxsusdur.

AZƏRTAC xəbər verir ki, niderlandlı pilot Bakı şəhər halqasını 1 dəqiqə 41,625 saniyəyə qət edib. M.Ferstappenin komanda yoldaşı Serxio Peres isə liderdən 0,005 saniyə geri qalır. İlk üçlüyü 1 dəqiqə 41,634 saniyə göstərici ilə “Mercedes”in pilotu Luis Hamilton tamamlayır.

Hazırda iki pilot Lans Stroll (“Aston Martin”) və Antonio Covinatsi (“Alfa Romeo”) yürüşdə mübarizəni dayandırıblar.

Yürüş iştirakçıları bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışırlar.

İyunun 6-da isə Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.

Bakı şəhər halqasında Formula 1 yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çempionatının Azərbaycan mərhələsi ləğv edilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.