İDMAN


Formula 1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib

Formula 1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib

Bakı, 5 iyun, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turu başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Ferrari” və “Mercedes” komandalarının pilotları Şarl Lekler və Luis Hamilton ilk iki pillədə qərarlaşıblar.

Ş.Lekler 1 dəqiqə 41,218, L.Hamilton isə 1 dəqiqə 41,450 saniyəlik nəticə göstəriblər. “Red Bull Racing”in pilotu Maks Ferstappen (1 dəqiqə 41,563 saniyə) üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, sıralanma turunun nəticələrinə əsasən, iyunun 6-da keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.