İDMAN


Formula 1 Azərbaycan Qran-Prisinin vaxtı müəyyənləşib

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də gələn il keçiriləcək Formula 1 üzrə dünya çempionatının təqvimi təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, təqvimə 245 gün ərzində keçiriləcək 23 yarış daxildir. Azərbaycan Qran-Prisi iyunun 12-də təşkil olunacaq.

Formula 1-in ilk mərhələsi martın 20-də Bəhreyndə keçiriləcək. Sonrakı mərhələlərə Səudiyyə Ərəbistanı (27 mart), Avstraliya (10 aprel), İtaliya (24 aprel), ABŞ (8 may), İspaniya (22 may), Monako (29 may), Azərbaycan (12 iyun), Kanada (19 iyun), Böyük Britaniya (3 iyul), Avstriya (10 iyul), Fransa (24 iyul), Macarıstan (31 iyul), Belçika (28 avqust), Niderland (4 sentyabr), İtaliya (11 sentyabr), Rusiya (25 sentyabr), Sinqapur (2 oktyabr), Yaponiya (9 oktyabr), ABŞ (23 oktyabr), Mexsika (30 oktyabr), Braziliya (13 noyabr) və Abu-Dabi (20 noyabr) ev sahibliyi edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.