İDMAN
“Formula-1” Azərbaycanda mərhələ yarışı keçirməyi planlaşdırır VİDEO
Bakı, 5 mart (AZƏRTAC). “Formula-1” avtoyürüşləri üzrə dünya çempionatının rəhbəri Berni Ekklstoun mərhələ yarışlarından birinin Azərbaycanın paytaxtı Bakıda keçirilməsi barədə müqavilə imzalamışdır.
AZƏRTAC “utro.ru”ya istinadla xəbər verir ki, mərhələ yarışı 2015-ci və ya 2016-cı ildə keçiriləcəkdir.
B.Ekklstoun demişdir: “Biz Azərbaycana gedirik. Orada yürüşün 2015-ci ildə keçirilməsi barədə danışırlar. Ola bilsin, çox tezdir, lakin belə bir ehtimal var. Amma mərhələ yarışı, çox güman, 2016-cı ildə keçiriləcəkdir”.
Hazırda “Formula-1” çempionatının təqvimi 19 mərhələdən ibarətdir, lakin yaxın bir neçə ildə onu genişləndirib ildə 22 mərhələyə çatdırmaq planlaşdırılır. Azərbaycanla bərabər, Tailand, CAR, Yunanıstan, Argentina və Meksika da şəxsi Qran-pri yarışları keçirməyə namizədlər sırasındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]