İDMAN


Formula 1: Azneft dairəsində yolun hərəkət hissəsi daraldılacaq

Bakı, 12 aprel, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri çərçivəsində aprelin 13-də saat 22:00-dan etibarən Azneft dairəsində yolun hərəkət hissəsi daraldılacaq. Proses zamanı bu hissədə nəqliyyatın əvvəlki istiqamətlər üzrə hərəkəti tam təmin olunacaq.

Azərbaycanda Formula 1 yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən AZƏRTAC-a bildiriblər ki, yürüşə son hazırlıq işlərinin görülməsi ilə əlaqədar aprelin 21-dən 22-nə keçən gecə trekin keçdiyi bütün yollar, o cümlədən Azneft dairəsi nəqliyyatın hərəkəti üçün tam bağlı olacaq. Həmin küçələrdə nəqliyyatın hərəkəti aprelin 30-da saat 06:00-dək tamamilə dayandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.