İDMAN


Formula 1 Bəhreyn Qran-Prisi koronavirus epidemiyasına görə azarkeşsiz keçiriləcək

Bakı, 10 mart, AZƏRTAC

Formula 1 Bəhreyn Qran-Prisi koronavirus epidemiyasına görə azarkeşsiz keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə qərarı Qran-Prinin təşkilat komitəsi qəbul edib. Bəhreynli funksionerlər problemlə əlaqədar bəyanat yayaraq risk etmək istəmədiklərini bildiriblər.

Təşkilatçılar artıq məsələ ilə bağlı Formula 1 rəhbərliyi ilə anlaşıblar. Yarış martın 20-dən 22-dək “Saxir” trasında keçiriləcək. Bu, çempionatın təqvim üzrə ikinci turniridir.

Xatırladaq ki, koronavirus epidemiyasına görə bu mövsüm artıq Çin Qran-Prisi təxirə salınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.