İDMAN


Formula 1 Fransa Qran-Prisi ekoloji sertifikat alıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 Fransa Qran-Prisinin təşkilatçılarının səylərini yüksək qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, federasiya tərəfindən təşkilatçılar enerji istehlakına qənaəti, bioyanacaqdan, o cümlədən ekoloji cəhətdən təmiz materiallardan istifadə, birdəfəlik istifadə olunan plastiklərdən imtina, azarkeşlərin iştirakı ilə karbon izini azaltmaq üçün innovativ planın tətbiqinə görə, yüksək səviyyəli ekoloji sertifikat alıblar.

Formula 1 Fransa Qran-Prisi iyunun 20-də keçirilib. Pol Rikar avtodromunda təşkil olunan mövsümün yeddinci yarışında “Red Bull”un pilotu Maks Ferstappen birinci yeri tutub.

Xatırladaq ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində "Red Bull"un pilotu Serxio Peres qalib olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.