İDMAN
Formula 1 Fransa Qran-Prisinə hazırlıq işləri davam edir
Bakı, 21 mart, AZƏRTAC
Formula 1 Fransa Qran-Prisinin direktoru Erik Bulye koronavirus pandemiyasının yürüşə hazırlığa təsiri barədə danışıb.
AZƏRTAC xəbər verir ki, E.Bulye vəziyyəti nəzarətdə saxladıqlarını bildirib.
Bildirib ki, Formula 1 Fransa Qran-Prisinin təşkilinə 3 ay vaxt var. Formula 1 rəhbərliyi ilə mütəmadi olaraq danışıqlar aparırıq. Bizim yarışı ləğv etmək imkanımız da var. Bu, baş versə, alınan biletlərin pulu tamaşaçılara geri qaytarılacaq. Hazırda yarışa hazırlıq işləri davam edir. Düzdür hazırlıqda bir az axsamalar var. Ümid edirəm ki, Fransa Qran-Prisi keçiriləcək.
Qeyd edək ki, koronavirus pandemiyasına görə Avstraliya Qran-Prisi ləğv olunub. Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Monako yürüşləri isə təxirə salınıb. Formula 1-in yeni mövsümünə iyunun 5-7-də Bakıda keçirilən Azərbaycan Qran-Prisi ilə start verilə bilər. Fransa Qran-Prisi isə iyunun 26-28-də təşkil olunacaq.